Hizbullahdan İsrailə xəbərdarlıq: Müharibəyə aparacaq ən kiçik səhv uçuruma aparacaqbackend

Hizbullahdan İsrailə xəbərdarlıq: Müharibəyə aparacaq ən kiçik səhv uçuruma aparacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hizbullahın baş katibi Həsən Nəsrullah iddia edib ki, İsrail böyük müharibəyə səbəb olacaq bir səhv edərsə, uçuruma sürüklənəcək və məhv olacaq.

NOCOMMENT.az xəbər verir ki, Nəsrullahın İsrailin Livanın cənubundan çıxarılmasının 23-cü ildönümü münasibətilə çıxışı Əl-Menar televiziyası ilə yayımlanıb.

Nəsrullah çıxışında İsrail Hərbi Kəşfiyyat İdarəsinin rəisi Aharon Xəlivanın “Hizbullah səhv etməyə çox yaxındır və bu, regional müharibəyə səbəb ola bilər” ifadələrinə cavab verib.

“Yanlış hesablar etməyin. Bölgədə böyük müharibəyə səbəb olacaq ən kiçik səhv sizi uçuruma və məhvə sürükləyər. İstənilən böyük müharibə bütün sərhədləri əhatə edir. Bizim də meydanları və əraziləri doldurmaq üçün yüz minlərlə döyüşçümüz var” deyə Nəsrullah bildirib.

Nəsrullah İsrailin divarlar və silahların arxasında gizləndiyini, ölkə daxilində parçalandığını və Fələstin xalqı ilə hər hansı danışıqlarda öz şərtlərini diktə etmək iqtidarında olmadığını iddia edib.

NOCOMMENT.AZ