Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan sakin içməli su ilə bağlı yaranan problemlərdən şikayətlənib.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, demək olar ki, hər gün günorta saat 14:00-dan etibarən su xətlərinə hava vurulur və bu vəziyyət saat 16:00-dək davam edir.
Sakin bildirir ki, suya hava vurulması nəticəsində kranlardan normal su gəlmir, məişət işlərində ciddi çətinliklər yaranır.
Qəsəbə sakini aidiyyəti qurumlardan məsələyə biganə qalmamağı, problemi yerində araşdıraraq müvafiq tədbirlərin görülməsini xahiş edir.













