Hökumət dərman problemi ilə bağlı proqram hazırlayırbackend

Hökumət dərman problemi ilə bağlı proqram hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin dövlət büdcəsi müstəqillik dövrünün ən böyük büdcəsidir.

NOCOMMENT xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, dövlət büdcəsində səhiyyə xəclərində də xeyli artım nəzərdə tutulub.

“Səhiyyə Komitəsində qaldırdığımız xəstəxanalarda avadanlıqların köhnəlməsi məsələsi artıq öz həllini artıq tapır, avadanlıqlar yeniləri ilə əvəzlənir. Bunun üçün Baş nazir Əli Əsədova təşəkkür edirik. Digər məsələ isə ölkədə dərman məhsulları ilə bağlı problemlərdir. Məndə olan məlumata görə, hökumətdə dərman məhsulları ilə bağlı proqram hazırlanır. Bu proqram əsasında dərman vasitələri üzrə problemlər öz həllini tapacaq. Təklif edirəm ki, bu proqrama Milli Məclisin peşəkar deputatları da cəlb edilsin”, – deyə komitə sədri vurğulayıb.