Fransa baş naziri Sebastyan Lekornünün yeni hökuməti parlamentdə etimadsızlıq səsverməsindən yayınmağa müvəffəq olub.
NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, sosialistlərin kabinetə etimadsızlıq səsverməsindən imtina etməsi nəticəsində mümkün olub.
Kabinet pensiya islahatları planını ən azı 2027-ci ilədək təxirə salmağı vəd etməklə sosialistlərin “saqqızını oğurlayıb”.
Beləliklə, prezident Emmanuel Makronun tərəfdarları və peşəkar texnokratlardan ibarət kabinetə etimadsızlıq səsverməsi ifrat cağçı və ifrat solşuların fraksiyaları tərəfindən irəli sürülüb. 271 deputat solçuların təklifinin lehinə səs versə də, hökumətin istefaya göndərilməsi üçün 289 səs tələb olunur.
Hökumət etimadsızlıq səsverməsindən sağ çıxsa da, onun taleyi büdcə danışıqlarının uğurundan asılıdır. Sosialistlərin səsləri olmadan büdcənin qəbulu mümkün olmayacaq. Xüsusilə sosialistlər milyarderlər vergisi adlanan verginin tətbiqinə çalışırlar.
Xatirə SADİQ