Enerji Məsələlərini Tənzimləmə Agentliyi “Web-Servis” MMC ilə 45.335,6 manat məbləğində kondisioner sisteminin təmiri üzrə satınalma müqaviləsi bağlayıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müqaviləyə əsasən, “Hökumət evi” inzibati binasında Agentliyə ayrılmış 8-ci mərtəbədə yerləşən kondisioner sistemində genişmiqyaslı təmir işləri aparılacaq.
Təmir çərçivəsində 4 ədəd Toshiba VRF kompressoru və onların elektron plataları (MCC1502-1502-01) yenilənəcək, 2 ədəd 40 mm və 2 ədəd 28 mm diametrində ventillər dəyişdiriləcək, 2 ədəd daş filtiri quraşdırılacaq. Bundan əlavə, ümumilikdə 200 metr uzunluğunda 40 mm və 28 mm ölçülü mis borular izolyasiya ediləcək, 8 ədəd 11 kq-lıq R410 markalı freon qazı vurulacaq, həmçinin 2 ədəd kondisioner sökülərək yenidən quraşdırılacaq və sazlanacaq.
İşlərə həmçinin daxili blokların yuyulması (57 ədəd), azotun vurulması, 30 ədəd kondisioner bantının dəyişdirilməsi, quraşdırma və sazlama xidmətləri də daxildir.
Təmir işlərinin icrası Agentliyin rəhbəri Samir Axundov Əli Hüseyn oğlunun rəhbərliyi altında həyata keçiriləcək və “Web-Servis” MMC tərəfindən yerinə yetiriləcək.