Hökumət jurnalistə təzminat ödəyəcəkbackend

Hökumət jurnalistə təzminat ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İnsan Haqları Məhkəməsi Jam.az saytının rəhbəri Fikrət Fərəməzoğlu ilə bağlı işə dair qərar çıxarıb.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Avropa Məhkəməsi Fikrət Fərəməzoğlunun qanunsuz həbs olunduğu barədə iddiasını tanıyaraq, Azərbaycan hökumətindən ona 3500 avro təzminat ödənilməsinə dair qərar çıxarıb.

Bu barədə jurnalist özü bildirib.

“Qarşıda daha iki işimiz var. Mənim üçün işgəncə və qanunsuz hökmlə bağlı çıxarılacaq qərarlar daha mühümdür. Vəkillərim Elçin Sadıqov və Zibeydə xanıma təşəkkürümü bildirirəm”, – deyə F.Rəməzoğlu bildirib.

Fikrət Fərəməzoğlu 2017-ci il Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 182-ci maddəsiylə təqsirli bilinərək, 7 il azadlıqdan məhrum olunmuşdu.

O, müxtəlif restoran, iaşə obyektləri sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinmişdi.

Jurnalist ittihamı qəbul etməyib, bildirib ki, sifarişlə həbs olunub. Onun sözlərinə görə, həmin obyektləri vəzifəli şəxslər himayə edirlər.

2019-cu il martın 18-də prezident İlham Əliyevin əfv sərəncamı ilə Fikrət Fərəməzoğlu azadlığa buraxılıb.