Hökumət: Qəzzalıların 70 faizi evlərini tərk etməli oldubackend

Hökumət: Qəzzalıların 70 faizi evlərini tərk etməli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin hücumları nəticəsində Qəzza zolağında yaşayanların 70 faizinin evlərini tərk etmək məcburiyyətində qaldığı açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə hökumət rəsmisi Selame Maruf mətbuat konfransında deyib.

“İsrailin hücumları başladığı gündən Qəzzada xəstəxanalara hər dəqiqə bir yaralı, hər saatda 15 ölü qəbul edir. Orta hesabla xəstəxanaya gətirilənlərdə 6-sı uşaq və 5-i qadın olur”.

O, şəhərdəki xəstəxanaların yarısının və ilk yardım mərkəzlərinin 62 faizinin xidmətdən çıxdığını və işini dayandırdığını bildirib.