Hökumət tərs addımlar atır- Partiya sədrindən İLGİNC AÇIQLAMAbackend

Hökumət tərs addımlar atır– Partiya sədrindən İLGİNC AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son qiymət artımları cəmiyyətdə kifayət qədər gərginlik yaradıb. Hətta bu gərginlik pikk həddə çatıb. İnsanlarda sabaha ümidsizlik var. Bugünki qiymət artımlarının həyatlarına kifayət qədər ciidi təsir edəcəyini düşünürlər və bu haqlıdırlar”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə konkret.az-a açıqlamasında AĞ Partiya sədri Tural Abbaslı fikir səsləndirib. O bildirib ki, ilk növbədə elektrik enerjisinin, qazın və suyun qiymətinin qaldırılması, eləcə də rüsumların artırılması vəziyyəti daha da gərginləşdirib:

“Maraqlıdır ki, hakimiyyət niyə indiki məqamda sosial gərginliyin artırılmasında, və ya ictimai fikirin onun əleyhinə çevrilməsində bu qədər maraqlıdır?. Bu məsələ iqtidar tərəfindən yanlış analiz olunur və qiymətləndirilir. Çox güman ki, onlar bu mövzuların bir-iki gün müzakirə olunacağını və daha sonra unudulacağını düşünürlər. Amma bu artımlar sayəsində büdcəyə milyonlarla manat vəsait daxil olacaq. Buna görə də, belə riskə gedirlər. Hesab edirəm ki, bu addımlar insanların daxilində yığılan gərginliyini bir az da artırır. Ola bilsin ki, bu 3-5 günə, yaxud bir aya etirazlar şəkilində özünü açıq göstərməyəcək. Amma gərginlik təsirsiz də ötüşməyəcək və bir gün sosial partlayış formasında özünü biruzə verə bilər”.

Tural Abbaslı feministlərdən danışdı: "Bu cür aksiyalar təşkil etmək  lazımsızdır" » Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar,  təhlillər və müsahibələrin tək ünvanı

Partiya sədrinin sözlərinə görə, yanlış məruzələrin hesabına bu cür artımlar baş verir:

“Zəfər Bayramı ərəfəsində bu cür addımları atmaqla insanların əhval-ruhiyəsini öldürürlər. Artıq insanlar bayram haqqında yox, qiymət artımı və dolanışığın çətinliyi haqda düşünürlər. Nəzərə alsaq ki, biz pandemiya dönəmindəyik, Qarabağ müharibəsindən çıxmışıq və iqtisadiyyat tam bərpa olunmayıb, yəni bütün bu gərginliklər üst-üstə gəldikdə heç bir yaxşı aqibətin görünmədiyini demək mümkündür. Digər bir sual ondan ibarətdir ki, həqiqətənmi Azərbaycanın gəlirləri aşağıdır deyə, hökumət bu artımlara gedir?. Yəni bu artımlara nə qədər ehtiyac var ki, insanları yükləyirlər?. Bütün bunları analiz etdikdə, dünya bazarında neftin qiymətinin 80 dollar üzərində olduğunu görürük. Neft və qazın dünya bazarındakı qiyməti büdcədə nəzərdə tutulduğundan iki dəfə çoxdur. Üstəlik dəfələrlə vurğulanıb ki, Azərbaycanın 50 milyard dollar üzərində valyuta ehtiyatları mövcuddur. O zaman bu cür artımlarla xalqı yükləmək nəyə lazımdır?. Yaxud əgər büdcədə kəsir və ya maliyyə çatışmazlığı varsa, o zaman bu, vətəndaşların hesabına konpensasiya olunmamalıdır. Əksinə insanların müavinət və maaşları artırılmalı, uşaqpulu verilməli və şəhid ailələrinin, qazilərin sosial rifahı yaxşılaşdırılmalıdır. Bütün bunları etmək əvəzinə hökumət tərs addımlar atır. Tərs addımların isə tərs cavabı ola bilər”.