Hökuməti devirməyə cəhd edən 47 nəfərlik qrup saxlanılıbbackend

Hökuməti devirməyə cəhd edən 47 nəfərlik qrup saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Efiopiya kəşfiyyat xidməti Amhara əyaləti hökumətini və federal hökuməti devirməyə cəhd edən 47 nəfərin saxlanıldığını açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Amhara əyalətində hakim Rifah Partiyasının (PP) nümayəndəsinin öldürülməsindən sonra başladılan əməliyyatda 47 nəfərin nəzarətə alındığı bildirilib.

Açıqlamada, “terrorçuların” xarici güclərlə işlədiyi, axtarışlarda çoxlu silah, bomba və peyk rabitə vasitələrinin tapıldığı bildirilib.
Rifah Partiyasının Amhara Bölgəsi rəhbəri Girma Yeşitilanın bu şəxslər tərəfindən öldürüldüyünə diqqət çəkilərək, qrupun yüksək rütbəli Amhara xadimlərinə qarşı sui-qəsdlərlə əyalət və federal hökuməti devirmək məqsədi daşıdığı vurğulanıb.

Efiopiyada hakim Rifah Partiyasının Amhara bölgəsinin rəhbəri Girma Yeşitila aprelin 27-də güllələnib.
Ölən Yeşitila Efiopiya mərkəzi hökumətinin regional silahlı qüvvələrin ləğvi və mərkəzi ordu və polisə inteqrasiyası istiqamətində apardığı işlərin rəhbərləri arasında idi.
Baş nazir Abiy Əhmədin rəhbərlik etdiyi hakim Rifah Partiyası etnik cəhətdən təcrid olunmuş ştatlarda xüsusi təyinatlıları milli qüvvələrə birləşdirmişdi.Amhara əleyhdarları iddia edirdilər ki, dövlətin xüsusi təyinatlı qüvvələrinin ləğvi onları sərhəd problemi olan qonşularına qarşı aciz qoyacaq.