Hollandiya 46 Leopard 2A8 tankı almaq üçün müqavilə imzalayıb.
NOCOMMENT.az xəbər verir ki, RİA Novosti bu barədə Krallığın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
“Hollandiyanın Müdafiə Nazirliyi ən azı 46 Leopard 2A8 əsas döyüş tankı alacaq”, – nazirliyin açıqlamasında deyilir.
Hollandiya ordusu ilk Leopardı 2028-ci ildə, sonuncunu isə 2031-ci ildə alacaq.
Müvafiq müqaviləni imzalayan ölkənin müdafiə məsələləri üzrə dövlət katibi Qeys Teynman bildirib ki, irimiqyaslı münaqişələr təhlükəsinin mövcud olduğu indiki şəraitdə tank əvəzolunmaz vasitədir.