Hollandiya Ukraynaya 400 milyon avroluq yeni yardım paketi təqdim edəcəkbackend

Hollandiya Ukraynaya 400 milyon avroluq yeni yardım paketi təqdim edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiya Ukraynaya 400 milyon avro dəyərində yeni hərbi yardım paketi verəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə krallığın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans məlumat verib.

“Ukraynanın dəniz təhlükəsizliyini təmin etmək üçün 400 milyon avroluq yeni yardım paketini elan edirəm”, – o, iyunun 5-də NATO müdafiə nazirlərinin görüşünün planlaşdırıldığı Brüsselə gəldikdən sonra deyib. Brekelmansın sözlərinə görə, yeni yardım paketi Kiyevə 100-dən çox gəmi, o cümlədən patrul gəmiləri və nəqliyyat katerləri verəcək. Bundan əlavə, paketə 50-dən çox dəniz pilotsuz uçan aparatı, silah sistemləri, sensorlar, ehtiyat hissələri və kadr hazırlığı daxildir.