Hollandiya Ukraynaya Avropa İttifaqına (Aİ) daxil olmaq yolunda kömək etməyə hazırdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Hollandiyanın Baş naziri Mark Rutte “X” sosial şəbəkəsində məlumat verib.
Rutte bildirib ki, Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı olub. Onlar Avropa Şurasının Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq barədə qərarını müzakirə ediblər.
Ukraynanın tərəqqisindən heyranam və Hollandiya Ukraynaya üzvlük prosesinin tələb etdiyi islahatlar istiqamətində işləməyə davam etdiyi üçün ona kömək etməyə hazırdır”, – deyə Rutte qeyd edib.