Hollandiya hava hücumundan müdafiə sistemləri üçün Ukraynaya 150 milyon avro ayıracaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Ruben Brekelmans “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Rusiyanın hücumları bu həftə Zelenskini daha güclü hava hücumundan müdafiə vasitələrinə çağırmağa vadar etdi. Ona görə də mən indi hava hücumundan müdafiə üçün (I-Hawk sistemi) 150 milyon avro ayrıldığını elan edirəm”, – deyə Hollandiya Müdafiə Nazirliyinin rəhbəri yazıb.