Hollandiya Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından, o cümlədən F-16 qırıcılarından istifadə etməyə icazə verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Niderlandın Müdafiə Nazirliyinin rəhbəri Ruben Brekelmans bildirib.
“Ukraynaya beynəlxalq hüquq normalarına uyğun olaraq Rusiya ərazisində silahlarımızdan özünümüdafiə məqsədilə istifadə etməyə icazə verilir”, – deyə o vurğulayıb.
Brekelmans həmçinin vurğulayıb ki, Hollandiya Kiyev üçün zərbələrin diapazonuna heç bir məhdudiyyət qoymayıb. Onun sözlərinə görə, Ukrayna tərəfi F-16 qırıcıları ilə Rusiya ərazisinə zərbələr endirə bilər. Bununla belə, o, Kiyevə neçə qırıcının gətirildiyi və onların harada yerləşdirildiyi barədə təfərrüatları açıqlamayıb.