Hollandiya və Belçika Ukraynaya mina axtaran gəmilər verirbackend

Hollandiya və Belçika Ukraynaya mina axtaran gəmilər verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiya və Belçika minaların axtarışı və məhv edilməsi üçün nəzərdə tutulan gəmiləri Ukraynaya verməyə hazırlaşır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rada telekanalının efirində Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk danışıb.

“Daha üç gəmi Hollandiya və Belçikadan Ukraynaya göndərilmək üçün hazırlanır. Onlar indi hazırlanır. Ekipajlar isə artıq onların üzərində təlim keçməyə başlayırlar”, – deyə hərbçi bildirib.

Pletençukun sözlərinə görə, Kiyev Qərb ölkələrindən ümumilikdə 5 minaya davamlı gəmi almaq niyyətindədir.