Hollandiyanın Baş naziri: Antisemitizmə qarşı sərt tədbirlər görəcəyikbackend

Hollandiyanın Baş naziri: Antisemitizmə qarşı sərt tədbirlər görəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiyanın baş naziri Dik Şof ölkədə antisemitizm zorakılığı hallarına qarşı sərt tədbirlər görmək niyyətində olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Son günlərdə gördüyümüz görüntülər və eşitdiyimiz hallar şoka salır… Bu, əsl antisemitizmdir…” – RİA Novosti siyasətçinin sözlərini yazır.

Eyni zamanda Şof vurğulayıb ki, dözümsüzlüyə tolerantlıqla cavab vermək olmaz, lakin sərt tədbirlər görülməlidir.

Amsterdamda İsrailin “Makkabi” futbol klubunun azarkeşlərinə silsilə hücumlar “Ayaks”la yerli komandanın 5:0 hesablı qələbəsi ilə başa çatan futbol oyunundan sonra baş verib.

İsrailin baş naziri Benyamin Netanyahu daha sonra Şof ilə israilli fanatlara qarşı silsilə hücumları müzakirə edib.