Hollivud ulduzu film çəkilişi zamanı operator və rejissoru güllələyib: Ölən varbackend

Hollivud ulduzu film çəkilişi zamanı operator və rejissoru güllələyib: Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Nyu-Meksiko ştatında “Rust” (“Pas”) filminin çəkiliş meydançasında Hollivud ulduzu Alek Bouldinin açdığı atəş nəticəsində qadın operator həlak olub, rejissor yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Santa-Fe dairəsinin polisi məlumat yayıb.

Bildirilir ki, körpücük sümüyündən yaralanan rejissorun vəziyyəti ağırdır.

Ağır yaralanan 42 yaşlı qadın operator Qalina Hatçins isə helikopterlə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Şerifin ofisi təsdiqləyir ki, rekvizit üçün silahdan açılan atəş Alek Bouldin tərəfindən həyata keçirilib.

Hələ ki, aktyora qarşı heç bir iddia qaldırılmayıb.

Tapançanın həqiqi güllələrlə doldurulmasının, həmçinin Bouldinin rejissora və operatora atəş açmasının səbəbi açıqlanmır.