Hollivud ulduzundan Kiyevə dəstək çağırışıbackend

Hollivud ulduzundan Kiyevə dəstək çağırışı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollivud ulduzu və aktivist Şon Penn ABŞ-ın Ukraynaya hərbi yardımı artırmalı olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, Penn CNN International-a müsahibəsində Kiyevə F-16 qırıcılarının çatdırılmasını da istəyib.

“Biz aydın qərar qəbul edib həyatları və infrastrukturu xilas etməyə başlamalıyıq. Biz ukraynalıları dəstəkləməliyik. Onlar amerikalıların və ya başqalarının döyüşməsini istəmirlər. Onlar özləri bunu etməyə hazırdırlar” deyə Hollivud ulduzu açıqlama verib.

ABŞ-lı aktyor və fəal Rusiya prezidenti Vladimir Putinin Ukraynaya təcavüz etməsindən də danışıb.

“Əvvəldən onun niyə belə etdiyini başa düşə bilmirəm.O, şərdə güc axtarır. Başa düşdüyüm qədəri ilə onun generalları ordunun vəziyyəti haqqında yalan danışırdılar. Məlum oldu ki, oradakı kleptokratiya nizamında hər kəs özü üçün nəsə oğurlayırmış. İndi Putin bunun yaxşı fikir olmadığını başa düşür. Amma bu vəziyyətdən necə çıxacağını bilmirəm”.

NOCOMMENT.AZ