Hollivudda minlərlə ssenarist tətil edirbackend

Hollivudda minlərlə ssenarist tətil edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da dünya kino sənayesinin mərkəzi sayılan Hollivudda maaşlarla bağlı razılıq əldə olunmasa, bu gün minlərlə ssenaristin tətil edəcəyi gözlənilir.

NOCOMMENT.az xəbər verir ki, 9000-dən çox üzvü olan Amerika Yazıçılar Birliyinin 15 ildən sonra ilk dəfə tətil edəcəyi gözlənilir.

Bildirilir ki, sözügedən tətil gec saatda başlayan proqramların ləğvinə, gələcək film və proqramların təxirə salınmasına səbəb ola bilər.

Məlumata görə 2007-ci ildə müəlliflərin təşkil etdiyi 100 günlük tətil təxminən 2 milyard dollara başa gəlib.

“The Hollywood Reporter”in məlumatına görə, Amerika Yazıçılar Birliyi üzvlərinə bazar ertəsi son tarixə qədər yeni razılaşma əldə oluna bilməsə, tətil etməyə hazır olmalarını bildirib.

NOCOMMENT.AZ