Hollywood-da məclis təşkil edilib? DİN-dən AÇIQLAMA – VİDEObackend

Hollywood-da məclis təşkil edilib? DİN-dən AÇIQLAMA – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə tətbiq olunan karantin rejimi qaydalarına zidd olaraq paytaxt ərazisində yerləşən “Hollywood” restoranında məclis təşkil edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər DİN tərəfindən nəzarətə götürülüb.

Daxili İşlər Nazirliyindən NOCOMMENT-ə bildirilib ki, aparılan araşdırmalarla 5 nəfərlik məclisin adıçəkilən restoranda deyil, Nəsimi rayonundakı ofisdə onun icarədarı tərəfindən təşkil edildiyi məlum olub. Məclisin təşkilatçısı və iştirakçıları müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Belə ki, ofisin icarədarı İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 10 sutka həbs edilib, digər 4 nəfər isə 400 manat cərimə olunub.

 

View this post on Instagram

 

A post shared by Azərbaycanın Xəbəri Xeberaz.Az (@xeberaz.az) on