Hondurasda silahlı hücum nəticəsində 9 nəfər həlak olubbackend

Hondurasda silahlı hücum nəticəsində 9 nəfər həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Amerika ölkəsi Hondurasda silahlı hücum nəticəsində 9 nəfər həlak olub.

NOCOMMENT xəbər verir ki, ölkənin mərkəzi bölgəsi olan Komayaqua şəhərinin El Portillo de la Mora kəndində bir avtomobil pusquya salınıb.

Atışma nəticəsində 9 nəfər hadisə yerində ölüb. Ölənlər arasında bir qadın və bir uşağın olduğu bildirilir.

Hadisə yerinə çoxlu sayda polisin göndərildiyi və araşdırmalara başlanıldığı paylaşılıb.

Polis mənbələrinə görə, Hondurasda zorakılıqlar nəticəsində hər gün orta hesabla 10-15 adam öldürülür