Honkonqda yaşayış binasındakı mənzillərdən birində baş verən yanğın nəticəsində bir nəfər ölüb, səkkiz nəfər xəstəxanaya yerləşdirilib.
NOCOMMENT.az “South China Morning Post” qəzetinə istinadən xəbər verir ki, yanğın “Mei Yu House” kompleksində baş verib.
Xilasedicilər xəsarət alanları aşkar edərək tibbi mərkəzə çatdırıblar, iki nəfərin vəziyyəti ağırdır.
Yanğınsöndürənlər daha 22 nəfəri binadan çıxarıb, 250-dən çox insan isə təxliyə olunaraq yaxınlıqdakı məktəbdə yerləşdirilib. Hökumət orqanları yanğının söndürüldüyünü, səbəblərinin araşdırıldığını bildirirlər.












