Horadizdə ağır yol qəzası olub, iki nəfər ölübbackend

Horadizdə ağır yol qəzası olub, iki nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Horadiz-Bəhrəmtəpə avtomobil yolunun 54-cü kilometrində iyulun 2-də ağır yol qəzası olub.

NOCOMMENT.az  Report-a istinadən xəbər verir ki, Ağayev Məcid Şahlar oğlu idarə etdiyi “Lada Priora” markalı avtomobildə Bəhramtəpə qəsəbəsi istiqamətində idarəetməni itirib.

Avtomobilin aşması nəticəsində sürücü və sərnişin Əhilov Nəsimi Novruz oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3- cü maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.