Hoteldəki yanğında 25 nəfər təxliyə edildibackend

Hoteldəki yanğında 25 nəfər təxliyə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Səbail rayonunda baş verən yanğınla bağlı FHN yeni məlumat yayıb.

NOCOMMENT.az xəbər verir ki, bildirilib ki, yanğın zamanı 25 nəfər təxliyə edilib.

Bildirilib ki, paytaxtın Səbail rayonunun Qəsr küçəsində yerləşən və hər mərtəbəsi 750 m² olan dördmərtəbəli hotel binasının ikinci mərtəbəsində sahəsi 9 m² olan saunanın yanar konstruksiyaları yanıb. Yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən 25 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Binanın qalan hissəsi yanğından muhafizə olunub. Yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.