Hövsan sakinlərinin ictimai nəqliyyat PROBLEMİ: “İki avtobus dəyişmək məcburiyyətindəyik”backend

Hövsan sakinlərinin ictimai nəqliyyat PROBLEMİ: “İki avtobus dəyişmək məcburiyyətindəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsinin sakinləri ictimai nəqliyyat problemi ilə üzləşiblər.

NOCOMMENT.az bildirir ki, Oxu.Az-a daxil olan müraciətdə bildirilir ki, Hövsan şosesi, dəniz tərəfdəki bağlarda yaşayan insanların şəhərə gəlib-getməsi çox çətindir:

“Avtobuslar yalnız Hövsanın içinə qədər işləyirlər. Bağlar tərəfə isə heç bir avtobus gəlmir. Nəticədə biz hər gün məcburən iki avtobus dəyişərək işə gedib-gəlməli oluruq. Bu isə bizim üçün həm böyük vaxt itkisi, həm də ikiqat xərc deməkdir”,- deyə müraciətdə bildirilir.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sözügedən ərazidə 210 və 215 nömrəli marşrutlar fəaliyyət göstərirlər.

“Sərnişinlər həmin avtobusların imkanlarından yararlanaraq Hövsan qəsəbəsinin mərkəzinə, oradan isə şəhərin mərkəzinə işləyən 120 və 120E, metronun “Əhmədli” stansiyasına isə 121E və 132 nömrəli avtobus marşrutları ilə gələ bilərlər.

Marşrut xətlərinin istismarının digər daşıyıcıya həvalə olunmasına gəlincə, bu proses qanunvericiliyin tələbinə əsasən müsabiqə yolu ilə həyata keçirilir”,- deyə məlumatda qeyd olunur.