Hövsanda qaz xətti olan ərazidəki bəzi evlərə sayğac quraşdırılmır – VİDEObackend

Hövsanda qaz xətti olan ərazidəki bəzi evlərə sayğac quraşdırılmır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivinə qaz xətti çəkilib, lakin sayğac quraşdırılmır.

NOCOMMENT.az xəbər verir ki, sakinlər bu iddia ilə “Xəzər Xəbər”ə müraciət ediblər.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirib ki, 4 ildir sözügedən ünvanda yaşayırlar.

İşıq və su xətti çəkilib, sayğac qoyulub, amma 4 ildir qaz xəttini çəkdirə bilmirlər. Deyirlər ki, əvvəl gözlətdilər, indi isə “sənədisz evə olmaz” deyirlər.

Sakinlərin problemi ilə bağlı “Azəriqaz” İB ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətindən sakinlərin nə etməli olduqları izah edildi.

Bildirildi ki, sakinlər müvafiq sənədlərlə “ASAN Komunal”a müraciət etməli, məsələ araşdırılmalıdır.

Sakinlər isə bir müddət əvvəl müraciət etdiklərini, lakin tutarlı cavab ala bilmədiklərini bildirdilər.

“Azəriqaz”dan isə bildirildi ki, “Yəqin, sənədlər qaydasında olmayıb”.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.