Hövsan şosesi ərazisində aparılan tikinti işləri sakinlərin diqqətini cəlb edib.
NOCOMMENT.az bildirir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Zığ gölünün təmizlənməsi və abadlaşdırılması işlərinə başlanılıb.
“Bu layihə ilə bağlı hazırda bir neçə qurum müştərək işlər icra edir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən isə Hövsan qəsəbəsindən Zığ gölü istiqamətində kanalizasiya kollektoru tikiləcək. Hazırda qeyd olunan ərazidə tullantı sularının həmin kollektora ötürülməsi məqsədilə yeraltı nasos stansiyasının inşasına başlanılıb. Bu istiqamətdə tikinti-quruculuq işləri plan üzrə davam etdirilir”, – deyə qurumun cavabında qeyd olunub.