Bu yolda hərəkət müvəqqəti məhdudlaşdırılacaqbackend

Bu yolda hərəkət müvəqqəti məhdudlaşdırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Alı Mustafayev küçəsində aparılan yenidənquruma işləri çərçivəsində səhər saatlarından axşam saatlarınadək Ziya Bünyadov prospektindən “3-cü mikrorayon” dairəsi istiqamətində (köməkçi hərəkət hissəsində) nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, Alı Mustafayev küçəsinə daxil olan 7A, 7B, 67, 85, 199 və 211 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti olaraq alternativ küçələrlə təşkil ediləcək.