“Oskar” mərasiminin tarixi açıqlandıbackend

“Oskar” mərasiminin tarixi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Növbəti 93-cü Amerika Kino Akademiyasının “Oskar” mükafatlandırma mərasiminin keçiriləcəyi vaxt bəlli oldu.

NOCOMMENT.az RİA Novostiyə istinadən xəbər verir ki, təşkilatçılar pandemiyaya görə təxirə salınan mükafatlandırma mərasiminin “Twitter”də 25 aprel 2021-ci il tarixində keçiriləcəyini açıqlayıblar.

Xatırladaq ki, ənənəvi olaraq “Oskar” mükafatı ilin əvvəlində keçirilir və bununla da ABŞ-da film mükafatı mövsümü başa çatır.

Qeyd edək ki, daha əvvəl mərasimin gələn il fevralın 28-də keçiriləcəyi planlaşdırılırdı.