İlham Əliyev İranda seçkilərdə iştirak etsə, birinci olarbackend

İlham Əliyev İranda seçkilərdə iştirak etsə, birinci olar 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran dövlətində elə bir hakimiyyət quruluşu formalaşıb  ki, o hakimiyyətin təbiətində antitürk təfəkkürü, millətlləşməyə milli proseslərə qarşı mübarizə var. Birinci gündən belə olub, bu gün də belədir, bundan sonra da davam edəcək”.

NOCOMMENT.az xəbər verir ki, bunu Media Türk TV-yə açıqlamasında cənubi azərbaycanlı yazar Sayman Aruz deyib.

“İran iddia edir ki, müsəlman dövlətidir, ancaq 30 ildir Xocalı soyqrımını törədənlərlə uşaq qatilləri ilə, istər dövlət başçıları, istər məmurları və istərsə də  ali dini liderləri səviyyəsində görüşür, qucaqlaşır, onları bağırlarına basırlar və Azərbaycanın hətta Azərbaycan xalqıının haqlı etiarzlarına nəzərə almırlar. Sən necə müsəlman dövləti ola bilərsən ki, öz müsəlman şiə qardaşlarını qətl edən, onun ərazilərini ələ keçirən bir erməni cinayətkar dəstəsi və onun dəstə başçıları ilə görüşə bilərsən, necə onun bayrağını qəbul edə bilərsən”.

“İran çox gözəl bilir ki, cinayətkar, islam və bütün dini dəyərlərin əleyhinə çıxan bir ölkədir. Amma buradan bura Azərbaycana şər atır ki, sən sionistlərlə əlaqə qurursan”, – Sayman Aruz belə deyir.

“Yaxşı, sual edirəm Azərbaycanın İsarildə səfirliyi var, yoxsa Ermənistanın İsraildə səfirliyi var? Niyə ona heç qıcıqlanmırsan? Azərbaycanın İsarildə heç səfirliyi də yoxdur.

Nə var nə var Azərbaycan İsaraillə hərbi əməkdaşlıq edir deyə ona şər atırsansan ki, Azərbaycana teroristləri göndərir. Azərbaycanda terorçu yoxdur, əksinə Azərbaycan antiterror əməliyyatı keçirərək öz əraziləriindəki terroristləri təmizlədi”.

Cənublu yazar deyir İrandakı milli fəallar ana dilində təhsil almaq, oradakı gənclərin milli dəyərlər əsasında tərbiyə olunmasını istəyirlər. Amma  İran dövləti bu məsələlərdə cinayətkar mövqe tutur.

“Əgər onlar İran konstitusiyasınadan kənar nə isə istəyirlərsə onların hamısını öldürsünlər. Halbuki onlar konstitusiyadan kənar heç bir şey istəmirlər. İran konstitusiyasında da göstərilib ki , orda yaşayan etniklərin öz ana dillərində təhsil almaq haqları var. Bizim gənclərin yeganə arzusu bu tələblərin həyata keçirilməsidir”.

“Əgər bu gün də Azərbaycanda dünya Azərbaycanlılarının həmrəliyi günü, dünya Azərbaycanlılarının qurultayı  qeyd olunursa , deməli bizim dövlətimiz onların hamısının bir olmasını arzu edir. Xalqımız da bunu çox gözəl dərk edir. İnanın əgər İranda bugün bizim cənab prezidentimiz seçkilərdə iştirak etsə birinci olar və İranın prezidenti seçilər. O dərəcədə bir sevgi var, o dərəcə də bir sayğı var” – Sayman Aruz belə deyib.