İran dünyaya MEYDAN OXUDU: 90 FAİZƏ QƏDƏR…backend

İran dünyaya MEYDAN OXUDU: 90 FAİZƏ QƏDƏR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uranı 90%-ə qədər zənginləşdirə bilərik.

NOCOMMENT.az xəbər verir ki, bunu İran Atom Enerjisi Qurumunun sözçüsü Bəhruz Kamalvəndi deyib.

O bildirib ki, uranı 20%-dən çox zənginləşdirmək ehtiyacı ətrafında müzakirələr aparılıb və bu faizin 90-a çıxarılması iqtidarında olduqları qənaətinə gəlinib.

“Ölkə bu gün bu potensiala sahibdir, yəni bu gün uranı 20 faizdən çox zənginləşdirməyə qərar verəndə bunu rahatlıqla həyata keçirə bilərik. Uranı 90%-ə qədər müxtəlif səviyyələrdə asanlıqla zənginləşdirə biləcək qədər irəliləyiş əldə etmişik”, – Kamalvəndi qeyd edib.

Qeyd edək ki, uranın 20% və daha çox zənginləşdirilməsi hərbi məqsədlə istifadə edilməsinə imkan verir.
Publika.az