Putin Ukraynanın Xerson və Luqansk vilayətlərinə səfər etdibackend

Putin Ukraynanın Xerson və Luqansk vilayətlərinə səfər etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Ukraynada qanunsuz ilhaq etdiyi Xerson və Luqansk vilayətlərinə səfər edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kremldən yazılı açıqlama verilib.

Belə ki, Rusiya prezidenti Xerson şəhərinə gedərək “Dnepr” döyüş qrupunun qərargahına baş çəkib. Xerson və Zaporojye vilayətlərində vəziyyətlə bağlı məlumat alan Putin daha sonra Luqansk vilayətinə gedib,

Luqanskdakı “Vostok” döyüş qrupunun qərargahına baş çəkən Putin bölgədəki vəziyyətlə bağlı hərbi rəsmilərlə də görüşüb.

Bəyanatda səfərlərin nə vaxt edildiyi barədə isə məlumat verilməyib.

Qeyd edək ki, Putin ilk dəfə Xerson və Luqansk vilayətlərinə səfər edərkən martın 18-də Donetsk vilayətinin Mariupol şəhərinə gedib.

Xatıqladaq ki, Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətləri 2022-ci il sentyabrın 30-da Kreml sarayında keçirilən mərasimdə Rusiya prezidenti Vladimir Putinin imzaladığı sənədlərlə qanunsuz olaraq ilhaq edilib.

NOCOMMENT.AZ