Huawei ilk dəfə dünyada smartfon satışında birinci oldubackend

Huawei ilk dəfə dünyada smartfon satışında birinci oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin “Huawei Technologies Co.” telekommunikasiya şirkəti ilk dəfə Cənubi Koreyanın “Samsung Electronics” şirkətini geridə qoyaraq dünyada smartfon satışında birinci yerə çıxıb.

NOCOMMENT-in məlumatına görə, bu barədə “Canalys” analitik şirkətinin hesabatında deyilir.

“Huawei” belə bir göstəriciyə 2020-ci ilin II rübünün nəticələrinə əsasən nail olub.

Analitiklərin məlumatlarına əsasən, “Huawei” aprel-iyun aylarında 55,8 milyon smartfon satışını həyata keçirib ki, bu da biril əvvəlki göstəricidən 5% azdır. Həmin dövr ərzində “Samsung”un satışları koronavirus pandemiyası problemi səbəbindən 30% düşüb və 53,5 milyon smartfon təşkil edib.

Son 9 il ərzində smartfon satışlarına görə dünyada gah “Samsung”, gah da ABŞ-ın “Apple” şirkəti liderlik edib.