Hücumun Kiyev rejimi tərəfindən həyata keçirildiyi çox açıqdırbackend

Hücumun Kiyev rejimi tərəfindən həyata keçirildiyi çox açıqdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitriy Peskov, Ukraynanın Moskvaya hücumu pilotsuz təyyarələrlə həyata keçirdiyini ifadə edərək, “Hücumun Ukraynadakı qərar qəbuletmə mərkəzlərindən birinə həyata keçirdiyimiz uğurlu hücuma cavab olaraq Kiyev rejimi tərəfindən həyata keçirildiyi çox açıqdır” deyib.

NOCOMMENT xəbər verir ki, Paytaxt Moskvada jurnalistlərə açıqlama verən Peskov, səhər saatlarında Moskvaya edilən pilotsuz təyyarə hücumunu dəyərləndirib.

Hücumla bağlı Rusiya prezidenti Vladimir Putinə məlumat verildiyini bildirən Peskov, “Putinin işi bu gün kifayət qədər tez başlayıb. O, Rusiya Müdafiə Nazirliyi və əlaqədar qurumlardan, Moskva və bölgə bələdiyyə sədrlərindən, Rusiya Fövqəladə Hallar Nazirliyindən birbaşa məlumat alıb” deyib.

Hücumların Ukrayna rəhbərliyi tərəfindən həyata keçirildiyini ifadə edən Peskov, “Ukraynada qərar qəbul etmə mərkəzlərindən birinə həyata keçirdiyimiz uğurlu hücuma cavab olaraq hücumun Kiyev rejimi tərəfindən həyata keçirildiyi çox açıqdır. Sözügedən hücum bazar günü edilib” dedi.