Hulusi Akar qazilərimizlə GÖRÜŞDÜbackend

Hulusi Akar qazilərimizlə GÖRÜŞDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın azərbaycanlı qazilərlə görüşü baş tutub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Akar Azərbaycan Ordusunun böyük uğurla “Tək Vətən” hərəkatını həyata keçirdiyini, Türkiyənin buna görə sevincli olduğunu bildirib.

Türkiyə və Azərbaycanın kədərdə və sevincdə bir olacağını qeyd edən nazir şəhidlərin, qazilərin fədakarlığının nəsillər boyu xatırlanacağını, tarixdə əhəmiyyətli yer alacağını xüsusi vurğulayıb.