Hulusi Akardan Kəlbəcərlə bağlı AÇIQLAMAbackend

Hulusi Akardan Kəlbəcərlə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarını tərk edərkən evlərə və meşələrə od vurmasını pisləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə türkiyəli nazir Türkiyə Milli Müdafiə Nazirliyinin rəhbərliyi ilə videokonfrans formatında keçirdiyi iclasda bildirib.

Qeyd edək ki, işğaldan sonra yerləşdirilən ermənilər Kəlbəcəri tərk edərkən yaşadıqları evlərin qapı və pəncərələrini söküb özləri ilə aparır, yaşadıqları evlərə, habelə meşələrə od vurub yandırırlar.