Humanitar Atəşkəsi imzalayan erməni nazir ölkəsinə KORNET ilə qayıtdıbackend

Humanitar Atəşkəsi imzalayan erməni nazir ölkəsinə KORNET ilə qayıtdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada erməni əsilli Rusiya XİN başçısı Sergey Lavrovun vasitəçiliyi ilə keçirilən Azərbaycan və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşündə 11 saatlıq “Humanitar Atəşkəs” danışıqlarının şərtləri müzakirə olunan zaman Ermənistana hərbi texnika və silah tədarükü görülürmüş.

NOCOMMENT.az minval.az-a istinadla xəbər verir ki, danışıqlar gedən ərəfədə Rusiyadan Ermənistana 300 ədəd tank əleyhinə idarə olunan “Kornet” raket sistemi çatdırılıb. Silahlar 9 oktyabrda Moskvaya uçan, 10 oktyabrda isə Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyanın Yerevana qayıtdığı Ermənistan Xarici İşlər Nazirliyinin 701 nömrəli A319 hökumət təyyarəsi vasitəsilə daşınıb. Yaxın vaxtlarda “Kornet” tank əleyhinə idarə olunan raketlə yanaşı, “İqla” portativ zenit raket sisteminin də olacağı başqa bir silah partiyasının Ermənistana təslim edilməsi gözlənilir.

Bütün bu təhlükəli və təxribatçı fəaliyyət məhz Rusiya diplomatiyasının vasitəçi rolunu oynadığı və Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun BayramovZohrab Mnatsakanyan arasında rus həmkarı Sergey Lavrovun vasitəçiliyi ilə görüş təşkil etdiyi dövrdə həyata keçirilir.

İndi isə məlum olub ki, danışıqlardan sonra Moskvadan ayrılan Zohrab Mnatsakanyan təyyarəsinə 300 “Kornet” yükləyərək onları Yerevana aparıb.

Ən əsası, Rusiyanın vasitəçiliyi ilə bağlı sual yaranır: Bu necə olur? Moskva bir tərəfdən münaqişə tərəflərini barışdırmağa çalışır, digər tərəfdən Ermənistana silah tədarükünə davam edir? Bunu nə üçün bilərəkdən qaçaqmalçılıq sxemi üzrə edir? Sual Rusiya hökumətinədir.