Hüquqi şəxslərlə bağlı qaydalara dəyişiklik edildibackend

Hüquqi şəxslərlə bağlı qaydalara dəyişiklik edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydalarına dəyişiklik edilib.

NOCCOMENT xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, qaydalara yeni bənd əlavə olunub.

Belə ki, bundan sonra “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 13.3-1-ci maddəsinə uyğun olaraq kommersiya qurumları və publik hüquqi şəxslər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində dövlət qeydiyyatına alındıqda və ya təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyi dövlət qeydiyyatına alındığı gün qeydiyyat sənədləri (dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış, nizamnamə və ya nizamnaməyə dəyişiklik) hüquqi şəxsin elektron kabinetinə göndəriləcək.

Nazirlər Kabinetindən bildirilib ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilərək yeni 13.3-1-ci maddə əlavə edilib.

Həmin maddəyə görə kommersiya qurumları və publik hüquqi şəxslər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində dövlət qeydiyyatına alındıqda və ya təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyi dövlət qeydiyyatına alındığı gün qeydiyyat sənədləri hüquqi şəxsin elektron kabinetinə göndərilir.

Qeyd olunub ki, bununla əlaqədar Nazirlər Kabinetinin “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları” Qərarında dəyişiklik edilməsinə zərurət yaranıb.

Həmin qaydaların “Dövlət reyestrindən istifadə” 6-cı hissəsinə yeni 6.1-1-ci bənd əlavə edilməklə hüquqi tənzimlənməsi təmin edilib.