Hüseyn Həsənov axtarışda olduğu elana münasibət bildiribbackend

Hüseyn Həsənov axtarışda olduğu elana münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milyonçu bloqer Hüseyn Həsənov axtarış elan edilməsinə və qiyabi həbsinə münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, o, Instagram sosial şəbəkəsində öz səhifəsinin abunəçilərinə müraciət edib.

Ə.Həsənov vergi borcunun olmadığını bildirib.

“Bəli, yüksək səslənir – “qiyabi həbs”, amma əslində hər şey o qədər də dramatik deyil. Keçən il bütün vergi məsələləri bağlanmışdı”, – o yazıb və əlavə edib ki, artıq vəkilləri vəziyyətin üzərində işləyirlər.

Mayın 14-də məlum olub ki, bloqer qiyabi həbs edilib və onu 7 ilə qədər həbs gözləyir. Həsənova qarşı xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulması maddəsi ilə cinayət işi açılıb.