Hüseyn Həsənov Azərbaycanın ucqar kəndində – VİDEObackend

Hüseyn Həsənov Azərbaycanın ucqar kəndində – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov sosial eksperiment aparmaq üçün Azərbaycanın ucqar bölgələrindən birinə yollanıb.

NOCOMMENT axsam.az-a istinadən xəbər verir ki, 21,1 milyon izləyicisi olan Hüseyn bunun üçün köhnə “Mercedes” avtomobilini seçib. O, özü ilə “TikTok”da məşhurlaşan Aydanı da aparıb.

Yolboyu görüntüləri “İnstaqram”ında paylaşan bloger bir çox insanların onu tanıdığını vurğulayıb.

Hüseyn daha sonra internetin belə olmadığı ucqar kəndə getdiklərini bildirib. O əlavə edib ki, gecəni meşədə keçirəcəklər.

Həsənov deyib: “Tanımadığımız insanların qapısını döyəcəyik. Görək kim bizi qəbul edəcək və yemək verəcək. Həmin şəxs sonda çox yaxşı hədiyyə qazanacaq”.

Həmin görüntüləri təqdim edirik: