Hüseyn Həsənov etdiyi fırıldaqdan danışdıbackend

Hüseyn Həsənov etdiyi fırıldaqdan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov instaqram səhifəsində etdiyi səhvlərin sirrini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, 23 milyon izləyicisi olan Həsənov hekayə bölümündə paylaşdığı mətnlərdə tez-tez hərf səhvləri buraxır. Bununla bağlı iradlara isə bloger maraqlı reaksiya verib. Bloger bunun bir fırıldaqçılıq olduğunu etiraf edib.

Hüseyn bildirib ki, əslində özü qəsdən belə hərf səhvləri buraxır:

“Bir sirr açacağam: bir çox bloger qəsdən orfoqrafiq səhvlər buraxır. Bu zaman onu düzəltmək istəyən izləyicilər yazır və beləcə, aktivlik artır”.