Husilәrә mәxsus televiziya kanalı mәlumat yayıbbackend

Husilәrә mәxsus televiziya kanalı mәlumat yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran tәrәfindәn dәstәklәnәn Husilәrә mәxsus 12 min ton dizel yanacağı daşıyan tankerin Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri tәrәfindәn Cazan limanında 42 gün saxlanıldıqdan sonra azad edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barәdә Husilәrә mәxsus әl-Mesirә telekanalı mәlumat yayıb.

Husilәr Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәrinin BMT-nin verdiyi icazәyә baxmayaraq neft vә әrzaq daşıyan 20 gәmini saxladığını bildirib.

Qeyd edək ki, Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri isә mәsәlә ilә bağlı açıqlama vermәyib.