Husilər fransız şirkətinin ticarət gəmisinə hücum ediblərbackend

Husilər fransız şirkətinin ticarət gəmisinə hücum ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri Fransanın CMA CGM şirkətinin “Tage” ticarət gəmisinə hücum edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya məlumat verib.

“Yəmən Hərbi Dəniz Qüvvələri işğal olunmuş Fələstinin limanlarından birinə gedən CMA CGM “Tage” gəmisinə qarşı məqsədyönlü əməliyyat keçirib”, – Sariya əlavə edib.

Onun sözlərinə görə, ekipaj Yəmən donanmasının xəbərdarlıqlarına cavab verməkdən imtina edib. O əlavə edib ki, husilər İsrailə gedən gəmilərə hücumları davam etdirəcəklər.