Husilər Qırmızı dənizdə ABŞ-ın təyyarə gəmisinə hücum ediblərbackend

Husilər Qırmızı dənizdə ABŞ-ın təyyarə gəmisinə hücum ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmənin Ənsar Allah (Husilər) hərəkatı Harry Truman təyyarədaşıyan gəmisinə və onu müşayiət edən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə növbəti zərbə endirdiyini bildirib.

NOCOMMENT.az xəbər evrir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Səriya Telegram -da açıqlama yayıb.

“Amerikanın ölkəmizə qarşı təcavüzünə cavab olaraq, Yəmənin dəniz, raket və pilotsuz təyyarələri ABŞ-ın “Harri Truman” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi Qırmızı dənizdə düşmənin hərbi gəmilərinə bir neçə qanadlı raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

Saria-nın sözlərinə görə, husilərin hücumu Qırmızı dənizdə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin daşıyıcı qruplaşmasının Yəmənə hazırladığı iki hava hücumunun qarşısını alıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp husilərə qarşı hücumların, onlar ABŞ gəmilərinə atəş açmağı dayandırdıqdan sonra dayanacağını və artıq naviqasiya azadlığına təhlükə yaratmayacağını bildirmişdi.