Husilər yenidən ABŞ gəmisinə HÜCUM ETDİbackend

Husilər yenidən ABŞ gəmisinə HÜCUM ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Husi qruplaşmasının mətbuat katibi Yəhya Sari, yaraqlıların Qırmızı dənizdə amerikan gəmisinə qarşı əməliyyat keçirdiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, “Pinokiyo” adlı gəmiyə dəniz raketləri ilə dəqiqliklə zərbə endirilib.

O, husilərin Qəzza zolağında müharibəyə son qoyulunadək hücumları davam etdirəcəklərini deyib:

“Yəmən Silahlı Qüvvələrinin dəniz qüvvələri bir sıra uyğun dəniz raketləri ilə Qırmızı dənizdə Amerikanın “Pinokiyo” gəmisinə zərbə endirib. Hədəf dəqiqliklə vurulub. Yəmən Silahlı Qüvvələri məzlum Fələstin xalqına və Qəzza zolağındakı mücahid qardaşlarımıza dəstək və yardım məqsədilə cihad ayı olan Ramazan ayında hərbi əməliyyatlarının daha da artacağını vurğulayır.”