Husilərin hücumları artıb – Həm İsrailə, həm də…backend

Husilərin hücumları artıb – Həm İsrailə, həm də…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Husilərin həm İsrailə, həm də Ədən körfəzindən keçən gəmilərə hücumları davam edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Pentaqon sözçüsünün müavini Sabrina Sinq məlumat verib.

Onun sözlərinə görə, husilərin hücumları əvvəlkindən daha çox artıb. O, bunu İranın qruplaşmanı silahlandırması ilə əlaqələndirib:

“Son 72 saat ərzində husilərin hücumlarının artdığını gördük. Husilər bu hücumları ilə həm də ekoloji təhlükə yaradırlar. Üstəlik, ötən gün onlar Yəmənə doğru taxıl daşıyan gəmini vurdular. Deyirlər ki, İsraillə əlaqəsi olan gəmilərə qarşı bu hücumları həyata keçirirlər. Bunlar sözün əsl mənasında öz xalqına xidmət, yardım gətirən gəmilərdir və bununla beynəlxalq problem yaradırlar. Husilərin böyük bir arsenal saxladığını bilirik. Onlar çox bacarıqlıdırlar. Onların mükəmməl silahları var. Bu da ona görədir ki, İran onları silahlandırır”.