İstanbulda öldürülən Nihad Əliyevin cənazəsi Bakıya gətirildi – YENİ MƏLUMATLARbackend

İstanbulda öldürülən Nihad Əliyevin cənazəsi Bakıya gətirildiYENİ MƏLUMATLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SOCAR-ın satış direktorunun faciəvi ölümü ilə bağlı bir-birini təkzib edən məlumatlar yayılmaqda davam edir. Dünən N.Əliyevin olduğu iddia edilən iki video paylaşılıb.

NOCOMMENT.az Bakupost.az-a istinadən Nihad Əliyevin fotolarını əldə edib. Foto ilə videonu müqayisə etdikdə o qənaətə gəlmək olur ki, yayılan görüntülərin heç birinin Nihad Əliyevə aidiyyəti yoxdur.

Məlumat üçün bildirək ki, mərhumun nəşi gecə saat 4 radələrində Azərbaycana gətirilib. Bu gün Naxçıvanda dəfn olunacaq.

Qeyd edək ki, ilkin məlumatlarda 25 mart tarixində yerli vaxtla saat 23:00-da İstanbuldakı lüks otellərdən birində 3 qızla əyləndikdən sonra azərbaycanlı iş adamı Nihad Əliyevin tapançadan başına atəş açaraq, intihara cəhd etdiyi yazılırdı. Lakin sonra onun ehtiyatsızlıq ucbatından, silahını təmizləyərkən tapancadan açılan atəş nəticəsində vəfat etməsinə dair məlumatlar yayıldı. Digər iddiaya görə isə N.Əliyev oteldən çıxarkən güllələnib.

Xatırladaq ki, N.Əliyev SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğlu, SOCAR-ın satış departamentinin rəhbəridir. O, SOCAR-la bağlı araşdırmalarda yüzmilyonlarla tenderin qalibi olaraq adı keçən Anar Əliyevin (Əlizadə) qardaşıdır.