Prezident Rəcəb Tayyib Ərdoğan İbrahim Kalını Milli Kəşfiyyat Təşkilatının rəhbəri təyin edib.
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Rabitə Müdirliyinin Twitter hesabında açıqlama verilib
MİT-in rəhbəri vəzifəsinə təyin olunan İbrahim Kalın sosial şəbəkədə “Gözəl ölkəm üçün dayanmaq yoxdur, yola davam..” deyə paylaşım edib.
Qeyd edək ki, İbrahim Kalın Türkiyə Prezidentinin mətbuat katibi olaraq fəaliyyət göstərirdi.
NOCOMMENT.AZ