İbrahim Rəisi Moskvadan silahla dönə bilərbackend

İbrahim Rəisi Moskvadan silahla dönə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidentinin yaxın həftələrdə Rusiyaya gözlənilən səfəri çərçivəsində xeyli sayda silah alqı-satqısı müqaviləsinin imzalanması gözlənilir.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, İbrahim Rəisinin iki ölkə arasında uzun müddətdir təxirə salınan müdafiə sazişini nəhayət imzalamaq niyyətindədir.

Rusiyanın İranla hərbi və müdafiə sahəsində əməkdaşlığa dair 20 illik müqavilə 10 milyard dollarlıq satışı nəzərdə tutur.

Məlumata görə, Rəisinin Rusiyaya səfəri İran və Rusiya arasında hərbi-texniki əməkdaşlığı genişləndirəcək. Tehran ən azı 24 supermanevr qabiliyyətinə malik “Su-35” döyüş təyyarəsi almaq istəyir.

Digər məsələ İslam Respublikası Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29”, “MiQ-25” və “Su-24MK” qırıcılarının xidmət müddətinin uzadılması, təmiri və modernləşdirilməsidir.

“S-400” hava hücumundan müdafiə sisteminin alınması da gündəmə gətirilib.

Bu yaxınlarda bir sıra hərbi saytlar Rusiyanın İrana “Su-35C” döyüş təyyarələri sata biləcəyini iddia edib.

Rusiya Türkiyə və Əlcəzairdən də “Su-35C” döyüş təyyarələrini satmaq üçün müraciətlər alıb.

İrana ən azı 24 ədəd “Su-35” döyüş təyyarəsi satılacağı iddia edilir. Qırıcılar əvvəlcə Misirə satılmalı idi, lakin ABŞ Misiri sanksiyalarla hədələyib. Buna görə də, təyyarələrin 15-i ikitərəfli razılaşmaya əsasən, gələn ilin əvvəlinə qədər İrana göndərilə bilər.