İbrahimbəyovun oğlu Prezidentə və birinci xanıma təşəkkür etdibackend

İbrahimbəyovun oğlu Prezidentə və birinci xanıma təşəkkür etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyovun oğlu, rejissor Fuad İbrahimbəyov ailəsinə göstərilən köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkür edib.

NOCOMMENT-in məlumatına görə, o, bu barədə Rüstəm İbrahimbəyovla vida mərasimində deyib.

Qeyd edək ki, bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib. Nizami Kino Mərkəzində keçirilən mərasimə qatılan sənət nümayəndələri mərhum rejissorla bağlı xatirələrini bölüşüblər. Mərasimdən sonra Rüstəm İbrahimbəyov Birinci Fəxri xiyabanda dəfn edilib.